![](https://azvision.az/photos/2022/12/1672239175.jpg)
Rusiya-Ukrayna müharibəsinə görə dünya qlobal nüvə riski ilə üz-üzədir. ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası atmasından sonra dünyada nüvə müharibəsi riski hazırda ən yüksək səviyyədədir.
Çikaqo Universitetindən Kennet Benedikt “nüvə silahlarından istifadə çoxlu insanın ölümünə, günəş şüalarının qarşısını alan toz buludunun əmələ gəlməsinə səbəb olacaq" deyib. Bunlar isə qida probleminə və nüvə müharibəsindən sağ çıxanların aclıqdan ölməzdən əvvəl xaos və zorakılıq içində yaşamağına səbəb olacaq.
![](https://azvision.az/photos/2022/12/1672239780.jpg)
Benedikt növbəti ildə Şimali Koreyanın daha bir nüvə silahını sınaqları keçirəcəyini və Hindistan ilə Pakistan arasındakı gərginliyin də yüksək olacağına diqqət çəkib.
Hesabatda qlobal istiləşmə və iqlim böhranı ilə ekoloji fəlakətlərin arta biləcəyi proqnozlaşdırılır. Qlobal iqlim dəyişikliyinin qidaya təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyi, ərzaq istehsalının yavaşlayacağı, aclığın artacağı və nəticədə siyasi qeyri-müəyyənlik və qarşıdurmanın yaranacağı proqnozlardandır.
Ekspertlər qlobal iqlim böhranının bir ildə kəskin şəkildə dəyişməyəcəyinə və uzunmüddətli proses olacağına diqqət çəkiblər.
Aytən Zəhra
AzVision.az