Gürcülər Saakaşvilinin azad olunmaması tələbi ilə mitinq keçirirlər

   Gürcülər Saakaşvilinin    azad olunmaması    tələbi ilə mitinq keçirirlər
  28 Dekabr 2022    Oxunub:880
Gürcüstan vətəndaşları keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmaması tələbi ilə mitinq keçirirlər
"Sputnik Georgia"-nın Telegram kanalında yaydığı məlumata görə, mitinq iştirakçıları ölkə prezidenti Salome Zurabişvilinin iqamətgahı yaxınlığında toplaşıblar. Onlar Saakaşvilinin müalicə olunmaq üçün xaricə buraxılmamamasını tələb edirlər.

Aksiya iştirakçıları Saakaşvilinin hakimiyyəti dövründə cinayətkarlara münasibətdə istifadə olunan “Sıfır tolerantlıq” yazılı geyimlərdə “Əfv yoxdur!” şüarları səsləndirirlər.

Qeyd edək ki, ekspert qruplarının həkimləri indiki müalicənin nəticə vermədiyini, Saakaşvilinin səhhətinin pisləşdiyini təkid edirlər. Bu baxımdan eks-prezidentin xaricdə ehtiyac duyduğu müalicəni ala bilməsi üçün cəzanın ləğvi və ya təxirə salınmasının vacibliyində israrlıdırlar.

Saakaşvili 2021-ci ildə sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O vaxta qədər o, iki cinayət işi üzrə - deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv edilməsi ilə bağlı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi.

Bundan başqa, Tiflis Şəhər Məhkəməsi ona qarşı üç işə - dövlət vəsaitinin mənimsənilməsinə, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılmasına və sərhədi qanunsuz keçməyə dair işə baxır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti