"Bu borc olmasaydı, bu gün Qarabağda bir separatçı belə qalmazdı"
!["Bu borc olmasaydı, bu gün Qarabağda bir separatçı belə qalmazdı" "Bu borc olmasaydı, bu gün Qarabağda bir separatçı belə qalmazdı"](https://azvision.az/photos/2022/12/fghfghghghh-1672231439.jpg)
Niyə Rusiya digər strateji tərəfdaşı Qazaxıstanı deyil, birinci növbədə Ermənitanı ittifaqa qoşmaq istəyib? Görünür, Kreml rəsmi İrəvanın Qərblə yaxınlaşmaq meylini müşahidə etdiyindən ilk əvvəl Ermənistanı ayağına bağlamaq istəyib. Orası da var ki, Ermənistan digər ittifaqdan – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazıdırsa, o birisinə - Rusiya-Belarus ittifaqına necə qoşula bilər? Eyni zamanda Rusiyanın ipini boynuna keçirmək istəməyən ölkənin deputatı Andranik Köçəryan müsahibəsində “Rusiya sülhməramlıları yoldakı problemi həll etməyə borcludur” açıqlamasını səsləndirməyi də lazım bilir. Rusiyanın Ermənistana borcu yoxdur, Ermənistanın Rusiyaya böyük borcu var. Bu borc olmasaydı, bu gün Qarabağda bir separatçı belə qalmayacaqdı...
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
AzVision.az
Teqlər: Qarabağ