"Saakaşvili özündən şəhid obrazı yaradır" - Ekspert

   "Saakaşvili özündən şəhid obrazı yaradır" -    Ekspert
  28 Dekabr 2022    Oxunub:858
"Mixail Saakaşvili heç vaxt psixi sağlamlığı ilə bağlı problem yaşamayıb. Əslində onun özündən şəhid obrazı yaratmasından başqa yeni heç nə baş vermir".
AzVision.az xəbər verir ki, bunu publisist Baya Amaşukeli deyib.

Qeyd edək ki, ekspert qruplarının həkimləri indiki müalicənin nəticə vermədiyini, Saakaşvilinin səhhətinin pisləşdiyini təkid edirlər. Bu baxımdan eks-prezidentin xaricdə ehtiyac duyduğu müalicəni ala bilməsi üçün cəzanın ləğvi və ya təxirə salınmasının vacibliyində israrlıdırlar.

Saakaşvili 2021-ci ildə sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O vaxta qədər o, iki cinayət işi üzrə - deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv edilməsi ilə bağlı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi.

Bundan başqa, Tiflis Şəhər Məhkəməsi ona qarşı üç işə - dövlət vəsaitinin mənimsənilməsinə, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılmasına və sərhədi qanunsuz keçməyə dair işə baxır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti