Televiziya şərhçisi və jurnalist David Qriqoryan bu mövzuya toxunan məqalə yazıb. O, Xankəndiyə aid diqqət çəkən yeni bir şəkil paylaşaraq deyib: "Bu gün artıq aksiyaların 17-ci günüdür. Xankəndidə tərəvəz mağazası önündə növbə yaranıb. Əlbəttə biz keçmişə qayıdıb uzun müddət tarixdə nə qədər "qəhrəman"ın olması və indiki zamanda xeyli "satqınlar"ın yaşamasını müzakirə edə bilərik. Amma bütün bunlar Qarabağda indiki reallığı dəyişmir. İnsanlar artıq yemək növbəsinə dayanırlar... Xeyr, onlar yemək almaq üçün hamımızın bildiyi adi növbəyə durmurlar. Sadəcə ermənilər evə aparmağa nə isə bir qida tapıblar. Çalışırlar ki, uşaqları ac yatmamasın, evdə nəsə bişirə bilsinlər.
Ermənistan və Qarabağdakı istər keçmiş, istərsə də indiki qondarma liderlərin üzünə tüpürürəm. Çünki bu insanları indiki şəraitə onlar salıblar. İndi tox qarına ağzınızda saqqız çeynəyirsiniz, elə deyilmi? Siz İrəvan küçələrində kortejlərdə gəzirsiniz. Gün ərzində bu və ya digər siyasi qüvvəni, ictimai xadimi restoranlara dəvət edirsiniz ki, mövqelərinizi gücləndirməyə nail olasınız. Məhz sizin kollektiv zəifliyiniz, səriştəsizliyiniz, biganəliyiniz, tamahkarlığınız, şöhrətpərəstliyiniz, eqoizminiz ucbatından indi bu otuz illik "qurum" kənardan "suveren" və "müstəqil" dövlət kimi deyil, uğursuz layihə kimi qəbul edilir.
Müxalifətlə istədiyiniz qədər bir-birinizdən şikayət edə bilərsiniz. Amma elə bir-birinizə layiqsiniz. Əl-ələ verib bu gün Qarabağ ermənilərini aclığa, Ermənistanda yaşayan erməniləri isə ağrılı seçimə aparırsınız.
Yaramazlar sizdən daha humanistdirlər. Adlarınızı belə hallandırmayacağam. Əgər hər iki cəbhədəkilər belə müdrik və uzaqgörən idisə, niyə hər biriniz hakimiyyətdən gedəndən sonra binalar yox, xarabalıqlar qaldı? Bu gün siz dizlərinizi yalayaraq paylaşdığım fotoşəkilləri diqqətlə nəzərdən keçirəcəksiniz",- jurnalist erməni siyasətçilərə üsyan edərək yazıb.
Xatırladaq ki, hələ aksiyaların 8-ci günü Xankəndi erməniləri
xiyarsız qalmalarından gileylənirdilər. O zaman bazarda piştaxtaların boş olmasını göstərən videogörüntülər yayılmışdı.
Tural Tağıyev
AzVision.az