"Putini öldürmək istəyirlər" - Lavrov

  "Putini öldürmək istəyirlər" -    Lavrov
  28 Dekabr 2022    Oxunub:716
2023-cü ilə Rusiya-Ukrayna müharibəsi ilə qədəm qoyan dünya Rusiyanın Xarici İşlər Naziri Lavrovun qeyri-adi iddiları ilə üz-üzə qalıb. Onun iddiasına görə, Pentaqondakı bəzi məmurlar Rusiya lideri Putinə qarşı sui-qəsdə hazırlaşır.
Dünən səhər saatlarında Rusiyanın rəsmi TASS xəbər agentliyinə geniş və ətraflı açıqlama verən Lavrov Qərblə Rusiya arasındakı uçurumun getdikcə dərinləşdiyini vurğulayaraq, “ABŞ-ın düşmənçiliyi ən yüksək həddə çatdı" deyib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyində bəzi naməlum məmurlar sərsəm planlar qurur.

"Vladimir Putinə qarşı sui-qəsd planı hazırlayırlar. Eşitdiyimiz bu iddialar doğrudursa, bu cür çılğınlığı planlaşdıranlar atacaqları addımın nəticələrini çox diqqətlə düşünməlidirlər”, - deyə o bildirib.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti