Volkov separatçılarla danışıqlara başladı - VİDEO

   Volkov separatçılarla danışıqlara başladı -  VİDEO
  28 Dekabr 2022    Oxunub:1748
Xəbər verdiyimiz kimi dünəndəb separatçılar Xankəndidə Rusiya sülhməramlı kontingentinin rəhbəri general Andrey Volkovun əleyhinə etiraz aksiyası keçirirlər.
Ermənistan mediası yazır ki, bu dəqiqələrdə rus general separatçılarla danışıqlara başlayıb.

Separatçılardan Volkova təhdid: "Çölə çıxmasa, daha sərt tədbirlər görəcəyik"
"Xankəndi sakinləri Verazndi meydanında "hökumət binası" qarşısına toplaşıblar. Siyasi fəal Tiqran Petrosyanın sözlərinə görə, hazırda Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə danışıqlar aparılır. O, yerli ermənilərin hamısını təcili şəkildə meydana toplaşmağa çağırıb", - Mamul saytı yazıb.

Xatırladaq ki, təxribatçı Petrosyan dünən günorta saatlarından etibarən insanları Xocalı hava limanına etiraz aksiyası üçün toplayıb. Rusiya hərbçiləri isə sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüşmək istəyən erməniləri təhqir ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Separatçı  





Xəbər lenti