Naxçıvanda vergi proqnozu 109,5 faiz icra edilib

Naxçıvanda vergi proqnozu 109,5 faiz icra edilib
  05 Fevral 2020    Oxunub:2358
2020-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 109,5 faiz icra edilib. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 39,5 faizi dövlət, 60,5 faizi özəl sektorun payına düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 113,7, işsizlikdən sığorta üzrə proqnoza isə 114,1 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti