Bu avtomobillər gömrük rüsumundan azad edildi

  04 Fevral 2020    Oxunub : 11540
 Bu avtomobillər gömrük rüsumundan azad edildi
Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib. Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə NazirliyiDövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Avtomobil