47 mindən çox vətəndaş ictimai işlərə cəlb edilib

47 mindən çox vətəndaş ictimai işlərə cəlb edilib
  03 Fevral 2020    Oxunub:2467
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 2019-ci il ərzində 40 minə yaxın ödənişli iş yeri yaradılıb və 47 mindən çox vətəndaş iş yerlərində haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı məlumat verib.

Onun sözlərinə görə, işsiz və işaxtaran şəxslər bu proqram çərçivəsində ödənişli ictimai işlərə (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s.) nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cəlb edilirlər. İşə qəbul edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılması onların sosial sığorta sisteminin iştirakçısına çevrilməsinə, gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırmalarına imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə də ictimai açıqlığın təmin edilməsi üçün “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında təqdim edir. Nazirliyin saytına daxil olan hər kəs proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər.

Qeyd edək ki, “İşsizin dostu” proqramının icrası 2020-ci ildə də davam etdirilir.



Azvision.az


Teqlər: ƏƏSMN   İşsizindostu  





Xəbər lenti