İpoteka kreditlərinin həcmi artırıla bilər

İpoteka kreditlərinin həcmi artırıla bilər
  31 Yanvar 2020    Oxunub:2327
Azərbaycanda ipoteka kreditlərinin həcminin artırılması üçün layihə hazırlana bilər.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır.

"Fondun daxili bazardan vəsait cəlb etməsi istiqamətində işləmək olar. Bankların özünün uzunmüddətli resursları yoxdur. Bankların ipoteka vermək imkanların artırmaq lazımdır. Onların öhdəlikləri qısamüddətlidir. Bu da 20-25 illik ipoteka verməyə imkan vermir".

Aytən Zəhra
Azvision.az


Teqlər: İpoteka   Elman-Rüstəmov  





Xəbər lenti