Ötən il Naxçıvana 416 minə yaxın turist gəlib

   Ötən il Naxçıvana 416 minə yaxın turist gəlib
  30 Yanvar 2020    Oxunub:2722
2019-cu ildə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist gəlib ki, bu da 2018-ci ildəki müvafiq göstəricidən çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib.

Azvision.az


Teqlər: Naxçıvan   Turist  





Xəbər lenti