“Ləhiş bağları”na qaz verilib

“Ləhiş bağları”na qaz verilib
  29 Yanvar 2020    Oxunub:2210
Bakının Sabunçu rayonu Maştağa qəsəbəsinə "Ləhiş bağları" adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, 147 fərdi yaşayış evinin qazlaşdırılmasına 2019-cu ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 17-də qaz açılışları baş tutub, digər 5 massivdə tamamlanma işləri aparılır və yaz aylarına qədər mavi yanacağın verilişi təmin olunacaq.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti