Naxçıvanda 87 ailə təsərrüfatına 820 min manat kredit verilib

Naxçıvanda 87 ailə təsərrüfatına 820 min manat kredit verilib
  29 Yanvar 2020    Oxunub:1959
Naxçıvan Muxtar Respublikasında sahibkarlara kömək məqsədilə yaradılan Sahibkarlığın İnkişafı Fondu 2000-ci ildən 1 yanvar 2020-ci il tarixədək 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox maliyyə dəstəyi göstərib. Fond tərəfindən güzəştli kreditlərin verilməsi 2019-cu ildə də davam etdirilib.
Azvision.az xəbər verir ki, 2019-cu ildə 117 layihə üzrə 10 milyon 715 min manatdan artıq dövlət maliyyə dəstəyi göstərilib. Ötən il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 87 ailə təsərrüfatına 820 min manat həcmində güzəştli kreditlər verilib.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti