Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
Qeyd edək ki, Münsiflər Heyətində İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”, “ABAD”, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurası, KSM Türkiyə və “CSR Azerbaijan” təşkilatları təmsil olunub. Nəticədə, müsabiqədə iştirak edən 34 layihədən 7 layihə qalib elan edilib.
“Qürurla demək istərdim ki, Bakcell şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramı ölkəmizdə ilk və ən uzunömürlü KSM layihələrindən biridir. Təməli 2009-cu ildə qoyulmuş “Bakcell Stars” KSM proqramı çərçivəsində həyata keçirilən layihələr bu günə qədər minlərlə insanı əhatə edib. “Milli KSM mükafatı 2019” mükafatına layiq görülən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin artıq 10 yaşı var. Bu layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında böyük rolu var”, deyə Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib.
Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bu müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
Onu da qeyd edək ki, Bakcell ardıcıl olaraq iki ildir ki Milli KSM Mükafatının qalibi olur. Ötən il “Bakcell”in SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası ilə birlikdə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ ilə təltif olunub.
Azvision.az
Teqlər: Bakcell