Azərbaycana gələcək çinli turistlərin sayında artım gözlənilir

  27 Yanvar 2020    Oxunub : 2136
 Azərbaycana gələcək çinli turistlərin sayında artım gözlənilir
2020-ci ildə ötən illə müqayisədə daha çox turistin Azərbaycana gəlməsini gözləyirik.

Bunu Azvision.az -a açıqlamasında Turizm İnformasiya Mərkəzinin ( BTİM) direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, yanvar ayında turist sayında artım qeydə alınıb. Bu da proqnozların reallaşacağına işarədir.
"2019-cu ilin yanvarına nisbətən cari ilin yanvarında turistlərin sayında artım olub. Bu, görülən işləri nəticəsidir. Bakıda ən çox MDB ölkələrindən, Rusiya, Gürcüstan, İran, Səudiyyə Ərəbistanından, İsraildən gələn turistlərə rast gəlmək mümkündür. Bizim 6 ölkədə olan nümayəndəliklərimizin apardığı təbliğat işi turist sayının artımına təsir edib".

R.Bağırov qeyd edib ki, bu ildən Azərbaycana gələcək çinli turistlərin sayında artımın olacağı gözlənilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm