Hesablama Palatasında yeni struktur yaradıldı
Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.
Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Azvision.az
Teqlər: Hesablama-Palatası