Evlərin satışından 53 milyon vergi tutulub

  24 Yanvar 2020    Oxunub : 1555
 Evlərin satışından 53 milyon vergi tutulub
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi tədbirlər nəticəsində təmin olunan davamlı iqtisadi inkişafın təzahürü kimi mülki dövriyyənin artması əmlak hüquqlarının həyata keçirilməsində yardımçı olan notariat xidmətlərinin genişləndirilməsinə də təsir edib. Belə ki, 2018-ci illə müqayisədə notariat hərəkətlərinin sayı 21,2% artıb.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə notariusun vergi agenti qismində tutduğu verginin məbləği 6,3% artaraq 53 milyon manat təşkil edib.

“ASAN xidmət” mərkəzlərində göstərilən ədliyyə xidmətləri barədə danışan idarə rəisi qeydiyyat əməliyyatlarının 15,9%, notariat əməliyyatlarının isə 32,3% artmaqla bu mərkəzlərdə verilən sənədlərin xeyli hissəsini təşkil etdiyini qeyd edib.

Azvision.az

Teqlər: Ədliyyə