KOBİA 8 müraciətə müsbət cavab verib

KOBİA 8 müraciətə müsbət cavab verib
  22 Yanvar 2020    Oxunub:2366
2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxili bazar araşdırmaları üzrə KOB subyektlərindən daxil olmuş 8 müraciətə müsbət qərar verilib.
Azvision.az -ın KOBİA-ya istinadən verdiyi məlumata görə, müraciətlər daxili bazar araşdırmasının aparılması üçün "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq, müvafiq prosedurdan sonra konsaltinq şirkətlərinə yönləndirilib.

Daxili bazar araşdırmaları birdəfəlik plastik və kağız qabların, alüminium folqadan qapaqların, fındıq və quru meyvə batonlarının, kağız məmulatların və termal kağızların, mühafizə üçün texnoloji avadanlıqların istehsalı, eləcə də süd və süd məhsulları üçün avadanlıqlar, çörək istehsalı, turizm sektorunda nəqliyyat xidməti sahələrini əhatə edir.

Qeyd edək ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar bu barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən (https://azvision.az/redirect.php?url=http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədi ilə daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir.

Azvision.az



Teqlər: KOB  





Xəbər lenti