Ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

  16 Yanvar 2020    Oxunub : 2143
Ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb
2019-cu ildə Azərbaycana idxal olunan avtomobillərin sayı 47 min 710 olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 547-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 43 min 156-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3780-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 227-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az

Teqlər: Gömrük   Komitə