Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
  16 Yanvar 2020    Oxunub:2383
Yanvarın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Azvision.az -a bildirilib ki, hərraca çıxarılan notların həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 168 gündür. Notlar iyulun 6-da ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Azvision.az



Teqlər: Hərrac  





Xəbər lenti