Bu il KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq

Bu il KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq
  11 Yanvar 2020    Oxunub:2669
2020-ci ildə ölkədə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Azvision.az -a verilən məlumata görə, ötən il qurum tərəfindən Bakıda və ölkə regionlarında mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, maliyyə savadlılığının artırılması, korporativ idarəetmə, satış və marketinq, dövlət-özəl tərəfdaşlığı və sair mövzularda təşkil edilmiş tədbirlərdə 8 mindən çox KOB subyekti iştirak edib.

KOBİA yerli və xarici ekspertlərin də cəlb olunduğu maarifləndirici tədbirlərin keçirilməsində dövlət qurumları, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyaları və QHT-lərlə əməkdaşlıq edib, bu sahədə biznes tərəfdaşlığı platformasından istifadə olunub.

Tədbirlərdə nəzəri məlumatlandırma ilə yanaşı, sahibkarlara müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış sahibkarlar təcrübələrini bölüşüblər.

Azvision.az



Teqlər: KOB  





Xəbər lenti