Boksçularımız təlim-məşq toplanışına start verib
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.
Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.
Azvision.az