İran Trampın məktubuna tezliklə cavab verəcək

   İran Trampın məktubuna tezliklə cavab verəcək
  20 Mart 2025    Oxunub:582
İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın ölkənin Ali Rəhbəri Seyid Əli Xameneiyə ünvanladığı məktuba tezliklə cavab verəcək.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. "Təzyiq, təhdid və sanksiyaların gücləndirilməsi şəraitində biz mütləq birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır. Biz yaxın günlərdə Trampın məktubuna cavab verəcəyik və onu müvafiq kanallar vasitəsilə çatdıracağıq”, - deyə o bildirib.

Əraqçının qeyd etdiyi kimi, Trampın məktubunda təhdidlər var: "Ancaq bu, həm də imkanların olduğunu deyir. Biz həm təhlükələri, həm də fürsətləri görəcəyik".


AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti