Azərbaycan orqanik geyim məhsulları ixrac edəcək

Azərbaycan orqanik geyim məhsulları ixrac edəcək
  18 Dekabr 2019    Oxunub:2949
Azərbaycan gələcəkdə orqanik geyim məhsulları da istehsal və ixrac​ edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçılatı İctima Birliyinin ( AOPE) sədri Emin Əliyev bu gün Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda çıxışı zamanı məlumat verib.

O bildirib ki,​ Azərbaycanda orqanik pambıq istehsalı üçün şərait var. Bu da öz növbəsində gələcəkdə orqanik geyim ixracını mümkün edə bilər: "Bizim əsas işimiz orqanik məhsullar istehsal edənləri maarifləndirməkdir".

E.Əliyev qeyd edib ki, artıq insanlar orqanik məhsul dedikdə, bura təkcə kənd təsərrüfatı məhsullarının deyil, eyni zamanda emal məhsullarının aid olduğunu bilməlidirlər: "Made in Azerbaijan" brendi altında orqanik məhsul ixracını həyata keçirəcəyik. Dünya bazarında bu məhsullara ehtiyac var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məhsul   Geyim  





Xəbər lenti