İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir

   İrəvan  5,7 milyon dollarlıq konsert pulunu  büdcəyə qaytara bilmir
  22 Yanvar 2025    Oxunub:260
Amerikalı reper Snop Doqun İrəvanda baş tutmayan konserti ilə bağlı qalmaqallar səngimək bilmir.
Bu gün jurnalistlərə açıqlama verən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan mövzuya toxunub. O qeyd edib ki, nazirlik amerikalı reperin rellaşmayan proqramına əvvəcədən ayrılmış vəsaitlə bağlı sorğusuna konsert təşkilatçılarının bir neçə gün ərzində cavab verəcəyini gözləyir.

120 nəfər məşhur reperi cinsi təcavüzdə ittiham edib: 9 yaşlı uşaq da var
"Konsertin baş tutmaması üçün qəsdən hansısa addım atılmayıb. 2024-cü ildə də konserti təşkil etmək mümkün olmadı və aidiyyəti şirkətin bununla bağlı səyləri kifayət etmədi", - Andreasyan bildirib.

Snop Doqun 2023-cü ilin sentyabrında İrəvanda planlaşdırılan konserti sonradan qeyri-müəyyən müddətə təxirə salınmışdı. Sonda isə bəlli oldu ki, reperin konserti ümumiyyətlə baş tutmayacaq. Bundan sonra nazirlik tədbirə ayrılan vəsaitin geri qaytarılması üçün təşkilatçılarla əlaqə saxlamağa başlayıb.

Konsertin keçirilməsi üçün 2,318 milyard dram (indiki məzənnə ilə 5,7 milyon dollar-red) dəyərində müqavilə imzalandığı deyilir. Bu məbləğ qarşı tərəfə 2023-cü ilin 25 avqust tarixində tam şəkildə ödənilib. Maliyyə nazirliyi baş tutmayan konsertin dövlət büdcəsindən maliyyələşən mədəniyyət tədbirlərinin həyata keçirilməsi proqramı çərçivəsində planlaşdırıldığını təsdiq edib. Yəni, rəsmilər həmin məbləği dövlət büdcəsinə qaytara bilmirlər. Müqavilıəyə əsasən reperə çatacaq qonorar isə 1,8 milyon dollardır.

Xatırladaq ki, 2023-cü ildə Snop Doq konsertdən öncə Azərbaycan əleyhinə təxribat xarakterli paylaşımla da gündəmə gəlmişdi. O, "İnstagram" səhifəsində ermənilərə olan sevgisini ifadə edərkən Azərbaycan ərazisi olan Qarabağın adını qondarma "Arsax" kimi yazıb: “Əziz ermənilər, mən Ermənistan, "Artsax" və bütün dünya ermənilərinə öz sevgimi göndərirəm. Hamınıza sülh, sevgi və güc arzulayıram. Gələcəyəm, sentyabrın 23-də görüşərik”.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Reper   İrəvan  





Xəbər lenti