Bu il 850 min tonadək neft məhsulları ixrac edilib

Bu il 850 min tonadək neft məhsulları ixrac edilib
  17 Dekabr 2019    Oxunub:2616
Yanvar-noyabr aylarında ölkədən 849,1 min ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 401,9 milyon ABŞ dolları olub.
Bu barədə Azvision.az -a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin 11 ayında ölkədən 933,6 min ton neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 481 milyon dollar olmuşdu.

Azvision.az



Teqlər: Gömrük   Neft  





Xəbər lenti