“Səbail” - “Zirə” oyunu qolsuz başa çatdı

  15 Dekabr 2019    Oxunub : 1642
“Səbail” - “Zirə” oyunu qolsuz başa çatdı
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Səbail” və “Zirə” klubları üz-üzə gəliblər. “ASCO Arena”da baş tutan matçda qapılara qol vurulmayıb. Görüş heç-heçə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da keçiriləcək.

Azvision.az

Teqlər: Kubok   Zirə   Səbail