Cüdoçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Cüdoçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
  21 Mart 2025    Oxunub:539
Azərbaycanın cüdoçuları Almaniyanın Bad-Blankenburq şəhərində yeniyetmə və gənc qızlar arasında keçiriləcək Türingiya Kubokunda iştirak edəcəklər.
AzVision.az xəbər verir ki, yığma turnirdə 6 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Gənc qızlardan ibarət millinin baş məşqçisi Amina Abdullatifin rəhbərliyi altında yarışda Fəridə Mirzəyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.

Turnir martın 22-də start götürəcək.

AzVision.az


Teqlər: idman   cüdo   turnir  





Xəbər lenti