Şadlıq evindən pul oğurlayanlar saxlanılıblar

Şadlıq evindən pul oğurlayanlar saxlanılıblar
  21 Mart 2025    Oxunub:657
Siyəzəndə hazırda istifadə olunmayan şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti