Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar

Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
  21 Mart 2025    Oxunub:627
Azərbaycan cüdoçuları bu gün Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcəklər.
AzVision.az xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.

Kişilər arasında Murad Muradlı, (60 kq) Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.

AzVision.az


Teqlər: idman   cüdo  





Xəbər lenti