Deputata sui-qəsdə görə ömürlük həbs cəzası alanın oğlu da həbs olunub

Deputata sui-qəsdə görə ömürlük həbs cəzası alanın oğlu da həbs olunub
  21 Mart 2025    Oxunub:670
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.
AzVision.az xəbər verir ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.

O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

AzVision.az


Teqlər: DTX  





Xəbər lenti