Əhali 11 ayda ərzağa 17,4 milyard manat xərcləyib
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 28,3 faizi isə bazar və yarmarkalarda satılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8 faiz, fərdi sahibkarlar üzrə 2 faiz artıb, bazar və yarmarkalarda isə 8 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316 manat və ya ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Azvision.az
Teqlər: Statistika