Azərbaycan hava limanları 5 milyondan çox sərnişinə xidmət göstərib
On bir ay ərzində milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,86 milyon, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti isə 552 min sərnişin daşıyıb.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,8 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 456 min sərnişin), “FlyDubai” (BƏƏ, 219 min), “Aeroflot” (Rusiya, 180 min), “AirArabia” (BƏƏ, 155 min), “UIA” (Ukrayna, 116 min), “Qatar Airways” (Qətər, 97 min), “Lufthansa” (Almaniya, 63 min) və “SCAT” (Qazaxıstan, 57 min) daxil olub.
Bu ilin noyabrında Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar yerinə yetirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Azvision.az
Teqlər: Hava-limanı Sərnişin