Rusiya Azərbaycana 4,9 milyard dollar investisiya qoyub

Rusiya Azərbaycana 4,9 milyard dollar investisiya qoyub
  09 Dekabr 2019    Oxunub:2339
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir.

Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Baş Nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi ilbəil artır.

Ş.Mustafayev bildirib ki, indiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyulub. Rusiya tərəfindən isə Azərbaycana 4,9 milyard dollar sərmayə yatırılıb.

Azvision.az



Teqlər: Rusiya   İqtisadiyyat  





Xəbər lenti