“Neftçi” məşqçilərini istefaya göndərdi

“Neftçi” məşqçilərini istefaya göndərdi
  30 May 2018    Oxunub:1189
"Neftçi” klubunun əvəzedici komandasının baş məşqçisi Vadar Nuriyev istefaya göndərilib.
AzVision.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, Nuriyev və məşqçi heyəti ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında baş məşqçi təyin olunmuş Vadar Nuriyevin komandası mövsümü 7-ci pillədə başa vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti