Məhkəmələrdə banklarla bağlı 280 min iş var

  30 Mart 2017    Oxunub : 2360
Məhkəmələrdə banklarla bağlı 280 min iş var
“Məhkəmələrdə ümumilikdə 700 min mülki iş var. Bu işlərin 280 mini (40 faizi ) bank-müştəri münasibətləri ilə bağlıdr”.

AzVision.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı deyib. Şura sədrinin sözlərinə görə, ötən gün Milli Məclisdə keçirilən iclasda deputat Qüdrət Həsənquliyev bəyan edib ki, 3 il 4 ay qanun çərçivəsində proses uzanır: “Mən bankın əmanətçisiyəm. Bank da deyir ki, mən krediti sənin qardaşına vermişəm, o isə ödəmir. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olmalıdır”.

R.Aslanlı vurğulayıb ki, borcları birfədlik bağışlamaq olmaz: “Həmin kreditlərdə insanların əmanətləri durur. Kreditlərin qayrarılması depozitlərin qaytarılmasının yeganə mənbəyidir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Bank   Kredit   Məhkəmə