Masallıda ev yanıb

Masallıda ev yanıb
  20 Dekabr 2016    Oxunub:1585
Masallı rayonu, Türkoba kəndində ikimərtəbəli evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən bildirir ki, vətəndaşa məxsus ümumi sahəsi 182 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m2, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 91 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti