Azərbaycan nümayəndə heyəti Peresin dəfnində

Azərbaycan nümayəndə heyəti Peresin dəfnində
  01 Oktyabr 2016    Oxunub:2155
Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətinin doqquzuncu prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Yerusəlim şəhərinə səfər edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, mərasim zamanı Elçin Əfəndiyev İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşərək Şimon Peresin vəfatı ilə əlaqədar Azərbaycan Prezidenti və Azərbaycan Hökuməti adından İsrail Dövlətinə başsağlığı verib.

Elçin Əfəndiyev mərhumun beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə beynəlxalq ictimaiyyət qarşısındakı xidmətlərini, eləcə də Azərbaycan və İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfələri qeyd edib.

Baş nazirin müavinini müşayiət edən Azərbaycan nümayəndə heyətinin tərkibinə deputat Yevda Abramov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və digər rəsmi şəxslər daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti