Borcu olanların əmlakı siyahıya alınır

Borcu olanların əmlakı siyahıya alınır
  28 Sentyabr 2016    Oxunub:2141
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri keçirib.
Nazirlikdən AzVision.az-a bildirilib ki, Nizami rayonu, B.Çobanzadə küçəsi, məhəllə 2403 ünvanda yerləşən “Emin-N” MMC-yə məxsus “Golden ring” şadlıq sarayının fəaliyyəti araşdırılarkən, onun 92 991 manat vergi borcunun olduğu müəyyən edilib. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 38 900 manat məbləğində mebel və məişət avadanlığı müvafiq qaydada siyahıya alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 5A ünvanda yerləşən fiziki şəxs Quliyev Rüfət Faiq oğluna məxsus “Xoşbəxtlik” şadlıq evinin də 58344 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 24250 manat dəyərində mebel və məişət avadanlığı siyahıya alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti