Kimə nə satırıq, kimdən nə alırıq? - Statistika

Kimə nə satırıq, kimdən nə alırıq? - Statistika
  16 Sentyabr 2016    Oxunub:2296
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu dövr ərzində xarici ölkələrlə 9347,1 milyon ABŞ dolları məbləğində, o cümlədən 4589,8 milyon dollarlıq ixrac və 4757,3 milyon dollarlıq idxal əməliyyatları aparılıb, nəticədə 167,5 milyon dollarlıq mənfi ticarət saldosu yaranıb.

2015-ci ilin eyni dövrünə nisbətən məhsul mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 13,2 faiz azalıb. Ticarət dövriyyəsinin 1483,6 milyon dolları, yaxud 15,9 faizi MDB üzvü dövlətlərinin, 7863,5 milyon dolları və ya 84,1 faizi digər ölkələrin payına düşüb. Dövriyyənin 3686,7 milyon dollarlıq hissəsi və ya 39,4 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin nəticəsində yaranıb.

2016-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 14,9 faiz az olmuşdur. MDB üzvü dövlətlərinə ixrac olunmuş məhsulların dəyəri real ifadədə 28,8 faiz artaraq 350,5 milyon dollar təşkil edib, digər ölkələrə isə 16,9 faiz az məhsul göndərilib. İxracın ümumi dəyərinin 51,2 faizi Avropa İttifaqı ölkələrinin, 7,6 faizi MDB üzvü dövlətlərinin, 41,2 faizi isə digər ölkələrin payına düşüb.

2016-cı ilin yanvar-iyul aylarında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 10,9 faiz azalıb,MDB üzvü dövlətlərindən 1,9 faiz, digər ölkələrdən 13,4 faiz az məhsul idxal olunub. İdxalın ümumi dəyərinin 28,1 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü dövlətlərinin, 48,1 faizi isə digər ölkələrin hesabına formalaşıb. Xarici ticarət dövriyyəsinin 81,9 faizi İtaliya, Rusiya, Türkiyə, Almaniya, Fransa, Tayvan, Çin, Birləşmiş Krallıq, ABŞ, İsrail, Hindistan, Gürcüstan, Çexiya, Yaponiya, Sinqapur, Xorvatiya, Ukrayna, Portuqaliya, Norveç, Tailand və İsveçrə dövlətlərinin hesabına formalaşıb. Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiyanın, 12,9 faizi Türkiyənin, hər biri 6,8 faiz olmaqla Çin və Birləşmiş Krallığın, 5,9 faizi ABŞ-ın, hər biri 4,4 faiz olmaqla Almaniya və İtaliyanın, 4,1 faizi Yaponiyanın, 3,8 faizi Sinqapurun, 3,1 faizi Ukraynanın, 2,7 faizi Norveçin, 1,9 faizi Braziliyanın, 1,8 faizi Fransanın, 1,6 faizi İranın, 1,5 faizi Qazaxıstanın, 1,2 faizi İsveçin, 1,1 faizi Xorvatiyanın, hər biri 1,0 faiz olmaqla Niderland, Avstriya və Belarusun, 15,2 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunmuş məhsulların dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatlar, tütün məmulatları, mebel və onun hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti