İran Səudiyyə Ərəbistanı ilə barışmq istəyir

İran Səudiyyə Ərəbistanı ilə barışmq istəyir
  10 Fevral 2016    Oxunub:2101
İran qlobal neft bazarının üzləşdiyi cari vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə görüşə hazırdır.
Bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə açıqlama verib.

Nazir qeyd edib ki, İran Səudiyyə Ərəbistanı da daxil olmaqla Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin birgə əməkdaşlığına dəstək verəcək.

Səudiyyə Ərəbistanı özünün neft hasilatı ilə OPEC-in 31,2 faizini, İran isə 8,21 faizini təmin edir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər yanvarda Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşmişdi. Bundan sonra isə İran Səudiyyə Ərəbistanından idxal edilən bütün malların qadağan olunduğunu açıqlamışdı.


Teqlər:





Xəbər lenti