Netanyahu müsəlmanları `vəhşi heyvan` adlandırdı
“Biz qonşuluqda olan vəhşi heyvanlardan özümüzü qorumalıyıq. Mənim planıma əsasən son nəticədə İsrail bütün tərəflərdən təhlükəsiz hasarla əhatələnəcək”, - deyə Netanyahu bildirib.
İsrail baş nazirinin sözlərinə görə, milyardlarla şekel qiymətində olan layihə yeraltı tunellər vasitəsilə ölkəyə daxil olan HƏMAS problemini də həll edəcək.
Netanyahunun bu təklifini ölkənin təhsil naziri Naftali Bennet sərt şəkildə tənqid edib.
Qeyd edək ki, 2013-cü ildə İsrail Sinay yarımadası (Misir) ilə sərhəddə beş metrlik divar tikintisini yekunlaşdırıb.
Eldar Tanrıverdiyev
AzVision.az