İsveç Azərbaycanın təcrübəsini öyrənmək istəyir

İsveç Azərbaycanın təcrübəsini öyrənmək istəyir
  10 Fevral 2016    Oxunub:2014
İsveç Azərbaycanın qaçqınlarla iş sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır.
AzVision.az -ın məlumatına görə, bunu İsveçin xarici işlər naziri Marqot Vallström Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdə deyib.

O, suriyalı qaçqınlarla bağlı məsələyə də toxunub: “Suriyada davam edən müharibə nəticəsində İsveçi miqrant axını ilə üzləşib. Bu, təcrübə mübadiləsi apara biləcəyimiz sahələrdən biridir. Azərbaycan böyük sayda qaçqın probleminin öhdəsindən gələn ölkədir.

Mən bu gün Azərbaycanda bir neçə qadınla görüşdüm. Onlar mənə ermənilərlə masa arxasına əyləşib problemin həlli və gələcək perspektivlər haqqında danışmağa hazır olduqlarını bildirdilər".

O bildirib ki, hazırda əsas məsələ siyasətçilərin masa arxasına oturub problemin həlli yollarını tapmasıdır: “Biz çox şeyləri, o cümlədən sizin Dağlıq Qarabağ münaqişəsinə yanaşmanızı öyrənməliyik. Həmçinin biz sizin münaqişənin həllində mövqeyinizlə də yaxından tanış olmalıyıq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti