AST Telmanın “Mardan Palace”si satışa çıxarılır
Ötən ilin noyabr ayında 719 milyon liraya satışa çıxarılan otel “Halkbank” tərəfindən 360 milyon 50 min liraya alınıb.
Otelin satış layihəsinin rədd edilməsi üçün isə “AST İnşaat” tərəfindən məhkəməyə müraciət edilib.
“Otel zərər edir. Onun bank tərəfindən idarə edilməsi mümkün olmayacaq və bu, müzakirə mövzusu olmayacaq. Bu səbəbdən otel satılacaq”, - deyə baş nazirin müavini qeyd edib.
Qeyd edək ki, otelin inşası bir zamanlar milyarder olan Azərbaycan əsilli iş adamı Telman İsmayılova 1,4 mlrd. dollara başa gəlmişdi. (oxu.az)
Teqlər: