Komitə sədrindən etiraf: `Problemlər var...`
Ancaq hər bələdiyyə seçkisində qadınların iştirakı artan xətlə inkişaf edir. O cümlədən qadınlar icra hakimiyyətinə müraciət edə bilmirdilər. Daha çox kişiləri işə götürürdülər. Amma bu gün icra başçılarının müavinləri qadınlardır. Hətta Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanımdır”.
Azərbaycanda qadınların birləşdiyi, onların hüquqlarını müdafiə edən təşkilatların sayının artması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı ardıcıl işin nəticəsidir H. Hüseynova bildirib ki, bu gün insanlarla görüşüb, onların problemləri ilə maraqlanmaq lazımdır: "Bəli, bu gün problemlər var. Ancaq bu problemlər Prezident İlham Əliyev və onun komandasının siyasəti nəticəsində həll ediləcək".
Qeyd edək ki, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibəti ilə “Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Dövlət Komitəsi əməkdaşlarına medallar təqdim olunub.
AzVision.az