Qarabağ münaqişəsi dondurulmayıb - ATƏT sədri
Ştaynmayer bildirib k, Almaniya ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqların intensivləşdirilməsini təbliğ edir: “Bunun üçün vacib addımlardan biri atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasıdır”.
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” kimi göstərilməsini də qəbul etmədiyini vurğulayıb. Nazirin sözlərinə görə, münaqişə hər il davam edir, insanlar əziyyət çəkir və bu regiondakı durğunluğun səbəbkarıdır.
Eldar Tanrıverdiyev
AzVision.az