Permyakovun şahidləri işdən və ölkədən çıxarıldı

Permyakovun şahidləri işdən və ölkədən çıxarıldı
  05 Fevral 2016    Oxunub:2448
Bu gün Avetisyan ailəsinin qətlində təqsirli bilinən rus hərbçisi Valeri Permyakovun növbəti məhkəmə prosesi keçiriləcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə prosesi Gümrü şəhərində yerləşən 102-ci hərbi baza ərazisində baş tutacaq. İclasda hadisə şahidlərinin ifadələri dinləniləcək.

Şahid kimi prosesə Andrey Nikişin və daha beş hərbçi çağırılıb. Lakin məhkəmə prosesinin başlamasına az vaxt qalmış məlum olub ki, Nikişin və digər beş hərbçi hazırda Ermənistanda deyillər. Onların 15 avqust 2015-ci il tarixində 102-ci hərbi bazanın şəxsi heyətindən tərxis edildiyi bildirilib.

Xatırladaq ki, Permyakov ötən ilin yanvar ayının 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə yaralı halda xəstəxanaya aparılıb. O, yanvarın 19-da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti