Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu

Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu
  05 Fevral 2016    Oxunub:6235
Son illər Türkiyə ilə sərhəddə yerləşən ölkələrdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Avropaya qeyri-qanuni yolla getmək istəyənlərin sayı artıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədən Avropaya miqrantları qeyri-qanuni yolla keçirmək istəyən şəxslər bunun müqabilində adambaşı 10 min dollar pul tələb edir. Avropaya axının əsas marşurut xətti Egey dənizindən Yunan adaları istiqamətindədir.

Ötən gecə Sahil Mühafizə Xidməti Egey dənizində miqrantları daşıyan 14 qayığı ələ keçirib.

İzmir Polis İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Ədirnə, Kırıkale, Çanakkale, Balıkesir, İzmir, Muğal və Antlayada keçirilən sonuncu əməliyyat zamanı miqrantları qeyri-qanuni yolla Avropaya keçirmək istəyən 287 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Cari ilin yanvar ayı ərzində isə jandarma və polis tərəfindən keçirilən əməliyyatda miqarnatları qeyri-qanuni yolla Türkiyədən Avropaya keçirmək istəyən 301 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 116 nəfəri həbse dilib.

Həbs edilənlər arasında Suriya, İraq, Bolqarıstan, Pakistan, Fələstin və Əlcəzair vətəndaşları da var.

Türkiyədən qeyri-qanuni yolla Avropaya qaçmaq istəyənlər arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Onların sayı dəqiq açıqlanmır.

Ümumilikdə isə Sahil Mühafizə Xidməti son beş ildə miqrantları Türkiyədən Avropaya qanunsuz yolla keçirmək istəyən 359 türk, 40 suriyalı, 29 ukraynalı ,10 azərbaycanlı və 2 rusiyalını həbs edib.

Gültəkin Ələsgər
AzVision.az




Teqlər:  





Xəbər lenti