ABŞ-dan ciddi xəbərdarlıq: Türkiyəyə getməyin!

ABŞ-dan ciddi xəbərdarlıq: Türkiyəyə getməyin!
  05 Fevral 2016    Oxunub:3815
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyənin cənub-şərqinə, xüsusilə Suriya ilə sərhəd ərazilərə getməmək barədə xəbərdarlıq edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Departament bu xəbərdarlığa səbəb kimi beynəlxalq və yerli terrorçular tərəfindən mümkün təhlükənin olmasını göstərib.

Məlumatda qeyd olunub ki, terrorçuların hədəfi məşhur turist obyektləri, ABŞ hökumətinə məxsus binalar, həmçinin bütün Türkiyə ərazisində polis və digər icra orqanları ola bilər.

Bundan əlavə Türkiyədə, xüsusi ilə ölkənin cənub-şərqində insanların qaçırılması təhlükəsi olduqca yüksəkdir.

Qeyd edək ki, hazırda Türkiyə və Suriya sərhədində ciddi gərginlik müşahidə olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti